top of page

Məxfilik siyasəti

"Caspel MMC" şirkəti tərəfindən yaradılan "ClipTV" xidməti kommersiya xarakteri daşıyır. Məxfililik siyasəti bölməsində xidmətimizdən istifadə etmək qərarına gələn müştərilərə, şəxsi məlumatların toplanması, istifadəsi ilə bağlı məlumat verilir.

Əgər siz, xidmətimizdən istifadə etməyi seçsəniz, şəxsi məlumatların toplanması və istifadəsilə razılaşmış sayılırsınız. Topladığımız şəxsi məlumatlar sadəcə xidmətlərimizin təkmilləşdirilməsi məqsədini daşıyır və əsla üçüncü şəxs və ya tərəflə paylaşılmayacaqdır. 

Log Data

Sizə bildirmək istəyirik ki, bizim xidmətlərimizdən istifadə etdiyiniz zaman proqramda xəta baş verdikdə, biz sizin telefonunuzdan "Log Data" adlı məlumatları toplayırıq. "Log Data" özündə cihazınızın İnternet Protokolu (“IP”) ünvanı, cihazın adı, əməliyyat sisteminin versiyası, xidmətimizdən istifadə edərkən tətbiqin konfiqurasiyası, xidmətdən istifadə vaxtı və tarixi və digər statistik məlumatları ehtiva edir.

Kukilər

Kukilər adətən anonim unikal identifikatorlar kimi istifadə olunan az miqdarda məlumat bazasına malik fayllardır. Kukilər ziyarət etdiyiniz veb-saytlardan brauzerinizə göndərilir və cihazınızın daxili yaddaşında saxlanılır.
 

Biz xidmətlərimizdə “kukilərdən” açıq şəkildə istifadə etmirik. Bununla belə, proqram məlumat toplamaq və xidmətlərini təkmilləşdirmək üçün üçüncü tərəf kodundan və “kukilərdən” istifadə edən kitabxanalara müraciət edə bilər. Bu kukiləri qəbul etmək və ya imtina etmək və kukinin cihazınıza nə vaxt göndərildiyini bilmək seçiminiz var. 

Provayderlər

Aşağıdakı səbəblərə görə üçüncü tərəf şirkətləri iş prosesinə cəlb edə bilərik:

  • Xidmətlərimizin kompleks təşkili,

  • Xidmətlərimizin təhlili və s.
     

Biz müştərilərimizi məlumatlandırmaq istəyirik ki, üçüncü tərəf şirkətlər şəxsi məlumatlara giriş əldə edə bilərlər, çünki məqsəd onlara verilən tapşırıqların icrasıdır. Bununla belə, onlar məlumatı açıqlamamağa və ya başqa məqsədlər üçün istifadə etməməyə borcludurlar, qanun qarşısında cavabdehdirlər.

Təhlükəsizlik

Şəxsi məlumatlarınızı bizə təqdim etməkdə etibarınızı yüksək qiymətləndiririk, buna görə də onu qorumaq üçün kommersiya baxımından məqbul vasitələrdən istifadə etməyə çalışırıq. Ancaq unutmayın ki, internet üzərindən heç bir ötürmə üsulu və ya elektron saxlama metodu 100% təhlükəsiz və etibarlı deyil və biz onun mütləq təhlükəsizliyinə zəmanət verə bilmərik.

Azyaşlıların təhlükəsizliyi

Bu xidmətlər 13 yaşından kiçikləri ehtiva etmir. 13 yaşından kiçik bir vətəndaşın bizə şəxsi məlumat verdiyini aşkarlasaq, dərhal serverlərimizdən silirik. Əgər siz valideyn və ya qəyyumsunuzsa və övladınızın bizə şəxsi məlumat verdiyini bilirsinizsə, lütfən bizimlə əlaqə saxlayın ki, lazımi tədbirləri görə bilək.

bottom of page